Adil ŞAHVERDİ:
Famil Mehdi, Kuzey Azerbaycan’ın başarılı ve ince düşünceli şairleri arasında yer alsa da, henüz Türkiye’de ve Güney Azerbaycan’da bir o kadar tanınmamış ve çoğu kişi onun şiirleriyle tanış değildir. Azerbaycan Cumhuriyeti’nin birçok yerinde adı gündemde olan şairimiz, akademik çevreler ve kültürel merkezlerde profesör unvanı ile anılmıştı. O, 1959 yılından itibaren Azerbaycan Yazarlar Birliği’nin üyesi olmuştu. 1974 yılında Dil tanıtımı alanında doktorasını, 1977 yılında ise filoloji profesörlüğünü kazanmış ve yıllar boyu çalışkan bir gazeteci, şair ve edebiyat eleştirmeni unvanlarını taşımıştı.
Karabağ Savaşı’nın ilk günlerinden itibaren Necat Cemiyetini kurmuş ve vatan savunmasına katılan gönüllüler arasında cemiyet adına “General Mehmed Esadov” ödülünü tesis etmişti. Yakın dostlarımızdan birisi, 1980 ve 90’lı yıllarda Bakü Devlet Üniversitesi’nde eğitim aldığı zaman, Famil Mehdi’nin edebi hazinesinden mümkün olduğu kadar beslenmişti. Doğrusunu söylemek gerekirse, o, beni bu büyük şahsiyet hakkında bilgi edinmeye heveslendirmişti. Bu nedenle, 2003 yılında Bakü seyahatimde “Kız Kulesi Kitabevi”nden şairin “Seçilmiş Eserleri” kitabını elde edip, onun Kiril alfabesiyle toplanmış eserini okuduğumda, (Tebriz Halısı) şiiri, kalbimi derinden yaraladı. Bu şiir, “Lizbonya” şehrinin ünlü müzelerinden birinde saklanan, 16. yüzyıla ait, bir Tebriz halısı ile şairin canlı konuşmasından ibarettir. Şairin Tebriz halısına yazdığı şiir, onun birçok şiiri gibi, sadece hasret edebiyatı duygusuyla ifade edilmiştir. Şair, Halı ile dertleşirken, Azerbaycan çocuklarının özlemleri, özellikle gurbetçilik acılarını bu eserde yansıtarak sızlıyor:
Təbriz xalısı
Ahay, görüşünə gör kim gəlib kim,
dünyanın, taleyin, işinə bir bax!
mən səni Təbrizdə görə bilmədim,
bari lisbonada gəl qucaqlaşax.
Sən hara əzizim buralar hara?
sən deyən olmadı, niyə olmadı?
oqədər göz dikib baxdın yollara,
gözündə ağ itdi qara qalmadı.
Naxış o naxışdır incədən incə,
fəqət demirəm ki heç solmamısan.
bəs necə dözmüsən qürbətdə necə?
nə yaxşı alışıb kül olmamısan!
O tərəfdə Təbriz, bu yanda Bakı,
qalan dastanlarda yaşadı adın,
bəs niyə nənəmin nağıllardakı,
uçan xalı kimi qanadlanmadın?
Bəs səni toxuyan kimdir o ana?
yaşadı yaratdı şöhrətsiz adsız.
dünyanın böyük bir səntkarına,
kimi mutii dedi, kimi savadsız!
Mıxlanır qarşında gəlib gedənlər,
mənsə düşünürəm nə dəxli varmış!
“Savadsız” bir ana, bir ordu qədər,
vətəni, milləti, tanıtdırarmış!
Xalı, insan kimi dil açır birdən:
danış! nə var nə yox Təbrizdə bala?
400 yüz il görmədim bir gəlib gedən,
adım da yadımdan çıxıb az qala!
Məndən salam apar elə obaya,
çalışın qürbətdə qalmayın ancax.
bir səhər dırmaşıb “Heydər Baba”ya,
vətənə mənim də gözəlrimlə bax!
Hara istəsən get dünyanı seyr et!
O sənin, sən onun olarsan oğul,
ancaq ki vətənə tez qayıt tez get!
amandır qürbətdə qalarsan oğul)
… Başımdan alovmu, tüstümü qalxan,
sən ki xəbərsizsən çox şeydən hələ.
qıymıram qəlbini yandırıb yaxan,
dərdinin üstünə bir dərd də gələ…
Dalımca sürünür addımım bir, bir,
…bağışla neyləyim? mümkünmü məgər?
Təbrizə aparmaq səni çətindir,
Təbrizi buraya gətirmək qədər!
dünya da böyükdür, dərdi də böyük,
ey doğma yurdumun əziz xalısı!
Ayrılıq! biz buna öyrəncəliyik,
_əlvida… əlvida… Təbriz xalısı!