M. ŞEHRİYAR’IN TÜRKİYE’YE HAYALİ SEFERİ

Aziz GÜNEYLİ:


Seyyid Muhammed Hüseyin Şehriyar’ın “Türkiye’ye Hayali Sefer” adlı şiiri, onun Türkiye’ye ve Türk milletine duyduğu derin sevgiyi ifade eder. Bu şiir, Şehriyar’ın ölümünden sonra ilk kez Yusuf Gedikli tarafından yayımlanmıştır. Şehriyar’ın Türkçe yazdığı şiirler arasında önemli bir yeri olan “Türkiye’ye Hayali Sefer”, onun hiç görmediği Türkiye’ye hayali bir yolculuğa çıkışını anlatır. Şiirde Şehriyar, Türkiye’yi Mehmet Akif, Tevfik Fikret ve Yahya Kemal gibi ünlü Türk şairleriyle özdeşleştirir ve onların etkisiyle tasavvurlarını aktarır.

Şiir, lirik ve epik unsurları modern tarzda harmanlayan Şehriyar’ın edebi becerisini yansıtır. Başlangıçta Türkiye’yi “nazlı hilâl” ülkesi olarak tasvir eden Şehriyar, bu benzetmeyi Mehmet Âkif’in İstiklal Marşı’ndaki “Çatma, kurban olayım çehreni ey nazlı hilâl” dizesine dayandırır. Türkiye’ye duyduğu sevgiyi, üç büyük şairle olan bağlantılarla ifade eden Şehriyar, İstanbul’u “İslambol” olarak adlandırır ve şehri fetihle, İslam medeniyetiyle özdeşleştirir.

Şehriyar’ın şiirinde Türkiye, sadece coğrafi bir mekan değil, İslam’ın merkezi olarak görülen bir ülkedir. Şair, İstanbul’un tarihi ve dini simgelerini över ve özellikle Ayasofya’nın İslam dünyası için önemine dikkat çeker. Tevfik Fikret, Mehmet Âkif ve Yahya Kemal’in etkisi, şiirin ilerleyen bölümlerinde de belirgindir. Şehriyar, bu şairlerin eserlerine göndermeler yaparak onlarla olan bağını güçlendirir.

Şehriyar’ın şiirinde, özellikle İstanbul, güzellik ve mistisizmle dolu bir şehir olarak betimlenir. Onun bakış açısında İstanbul, sadece bir şehir değil, İslam dünyasının önemli bir merkezi ve aynı zamanda bir “denizler kızı”dır. Şehriyar, İstanbul’un güzelliğini lirik bir dille ifade ederken, Yahya Kemal’in “Aziz İstanbul” şiirine de göndermeler yapar.

Sonuç olarak, “Türkiye’ye Hayali Sefer” şiiri, Şehriyar’ın Türkiye’ye olan derin hayranlığını ve bu hayranlığı, Türk edebiyatının üç büyük ismi aracılığıyla ifade edişini anlatan bir eserdir. Şiir, Şehriyar’ın Türkiye’yi hiç görmemiş olmasına rağmen, onu kültürel ve tarihsel olarak derinden hissettiğini ve bağ kurduğunu gösterir.

Gəlmişəm nazlı Hilal ölkəsinə

Fikrətin incə xəyal ölkəsinə

Akifin marşı yaşardıb gözümü

Baxıram Yəhya Kamal ölkəsinə

Əvet islam ocağı Türkiyadır

Bir müsəllası Əya Sufiyadır

Burda Rumi kimi ariflər var

Sufilər abidəsi Quniyadır

Görünür, pərdəsin açdıqda xəyal

Başda Fikrət’lə durub Yəhya Kamal

Son ədiblər səfidir, bax nə cəmal

Şəhriyar’dan nə ağır istiqbal

Bir hilal parlayaraq oldu günəş

Bir saçaqlı günəş, Əhlam adlı

Qol_ qanad açdı geniş bir mülkə

İmpiraturiyi İslam adlı

Qavzanır, heyf, qara bir tufan

O günəş çulqalanır ax nə məlal

Nə güneş, sanki məhaq etdi qəmər

Son çıxarkən yenə bir incə hilal

Dənizi qaldırıb almış belinə

Sankı simurği xəyalım ucalır

Lakin olduqda daha məsti cəmal

Titrəyir həmlini əydikdə calır

Baxışım qol_ qanad açdlqda uçur

Göz deyir, qoy hələ baxdıqca baxım

Bu üfüqlərdə sevincək qarışıb

Şəfəqin arxına axdıqca axım

Deyirəm Akif ilə gah cumayım

Üfüqün cilveyi maviyətinə

Gah Kamal’dan qol alıb yüksələlim

Baxalım Fikrət’in ülviyyətinə

Tumar açdıqda xəyal filmləri

Calanır burda ağır bir tarix

Tozlu, qanlı, boğunaq tufanlar

Sankı gözlər duman içrə mirrix

Hər yerin torpağı bir şey bəslər

Burada doğrusu qeyrət kanıdır

Burda daşdan çox iyidlər sümüyü

Çeşmədən bollu şəhidlər qanıdır

Görürəm Fatih’i etməkdə hücum

Oxunub fatihe_ yi dövləti Rum

Şanlı dağlar, ucalıqlar görürəm

Yenə bir çox dərələr, çox uçurum

Görürəm bir əbədi izzətu-şən

Gələcək fəxri olan bir keçəcək

Yox, bu millət, bu həqiqət ölməz

Çatacaq Xizrinə, camın içəcək

Yenə İslam ələmin qaldıracaq

İmpiraturi olan Osmanlı

İki heykəl yapacaq, əl verəcək

Biri Türk oğlu, biri İranlı

Bura jön Türkiyənin paytəxti

AtaTürk intixabı Ankaradır

Sabiq İslambul idi, çox da gözəl

Amma sərhəd bura nisbət aradır

Düzülüb sanki bu balkonlarda

Yenə şahlar tacı, bəylər fəsidir

Qulaq assan bu üfüqlərdə hənuz

Paşalar nə’rəsi, əsgər səsidir

O gözəllər gözəli İslambul

O dənizlər qızı, dərya gəlini

Sanki dərya çiçəyi nilufər

Qol açıb, sahilə atmış əlini

Burda son bir mədəniyyət yaranıb

Nə binalar yapılıb, əllər var

Nə cəlalət, nə səlabət ələmi

AtaTürk’lər kimi heykəllər var

Şərqu_ qərbi mədəniyyət qoşulub

Bir əsil nəsli bu torpaqda doğur

Mə’rifətdən qol alıb izzəti_ nəfs

Cəhli, fərqi doğulan yerdə boğur

Qürbət ehsas eləməm mən burda

Sanki öz doğma diyarımdı mənim

Nərədə vardı qarındaşlarımız

Ana yurdumdu, hisarımdı mənim

Mən də Azər balası, Türk oğlu

Qonağam doğma qarındaşlarıma

Demişəm ayrı düşən ləşLərimi

Gedəyim, vəsl edəyim başlarıma

Dili, dini, qanı bir qardaşıdıq

Sözü bizdənsə, nə ağlar tarix

İşdə məhküm edərək başçıları

Qara millətləri dağlar tarix

Biz də siz tək dinə laqeyd olalı

Getdi yerlər, bizə göylər qaldı

Şəqqələndik hərə bir tayda düşüb

Bir kəsik baş kimi söylər qaldı

Gəl sıxaq bir kərə qardaşlıq əlin

Lə’n edək naxələf əslafimizə

Bunu Nadir’də o vaxt duymuşdu

Qoy məhəbbət qala əxlafimizə

Bu sevinc içquyuqa, bir ləmhə

Unudaq qanlı, həzin ləmhələri

Çıxaraq tariximizdən, çıxaraq

Qan qaraldan o qara səfhələri

AtaTürk heykəlinə göz tikərək

AtaTürk heykəlinə göz tikərək

Birdən alqışlayıram Jen Türkü

Göz önündə, nə tənasüb, bilməm

Bir də təsvir edirəm Jandarkı

Obalar şairiyəm, dərdimizi

Duyuram, çox da dərin duyğudu bu

Baş tuta, tutmaya öz duyğumla

Uyuram, çox da şirin uyğudu bu

Görüm ay nazlı Hilalım, Sancaq

Parlasın get_ gedə bu sönməz ocaq

Demirəm biz qul edək dünyanı

Dünya ancaq bizi insan sanacaq.

Social media

Bize mesaj gönder

Scroll to Top